Ədalət, yoxsa qisas?| REN TV Köçəryanın məhkəmə prosesindən reportaj hazırlayıb
Oxunub: 14395
16:44
31 İyul 2019
Rusiyanın REN TV kanalı Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi haqqında veriliş hazırlayıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, verilişdə Köçəryanın son bir ildə 3 dəfə həbs edildiyi, ümumi olaraq 7 ay həbsdə qaldığı qeyd edilir.
Mitinqə gələn Köçəryanın tərəfdarları hesab edirlər ki, 3 dəfə həbs edilən siyasi xadim qanunsuz olaraq barmaqlıqlar arxasındadır.
“Bu nədir, ədalət yoxsa qisas?”, deyə xəbərlərin şərhinin əvvəlində vurğulanır.
Veriliş zamanı diqqətə çatdırılır ki, Köçəryana qarşı cinayət təqibi fəaliyyətdə olan hakimiyyət tərəfindən siyasi motivlər əsasında baş tutmuş ola bilər.